Ədliyyə naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək

Ədliyyə naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək Qəbul oktyabrın 6-da baş tutacaq
Daxili siyasət
3 Oktyabr , 2017 18:36
Ədliyyə naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 6-da Tərtər rayonunda vətəndaş qəbulu keçirəcək.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Tərtər rayonunda, Heydər Əliyev Mərkəzində (ünvan: Tərtər şəhəri, Nizami küçəsi) baş tutacaq.

Görüşdə Tərtər, Bərdə və Ağdam rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi