​Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

​Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
Daxili siyasət
10 Fevral , 2015 21:57
​Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 10 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranı qəbul edib.

"Report" xəbər verir ki, nazir Macarıstan ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Görüşdə cari ilin aprel ayında Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfir Jolt Çutora qəbula görə təşəkkür edib və Azərbaycan-Macarıstan mədəni əlaqələrinin dinamik prosesisinin şahidi olduğundan məmnun olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi