Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.
Daxili siyasət
5178
17 Yanvar , 2022 11:22
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

300

2

312

3

325

4

338

5

353

6

367

7

383

8

398

9

415

10

432

11

450

12

468

13

487

14

508

15

528

16

549

17

604

18

725

19

979

Son xəbərlər

Orphus sistemi