Yuxarı
    Bağlamaq

    Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini qadağan etmək səlahiyyəti verilir

    Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti verilir.

    "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi təklifi müzakirəyə çıxarılıb.

    Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

    Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

    Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi