Dilqəm Əhməd: "İrəvanın Cümhuriyyət dönəmində Ermənistana güzəştə gedilməsi ilə bağlı arxiv sənəd var"

Daxili siyasət
  • 25 yanvar, 2023
  • 13:25
Dilqəm Əhməd: İrəvanın Cümhuriyyət dönəmində Ermənistana güzəştə gedilməsi ilə bağlı arxiv sənəd var

"İrəvan şəhərinin Cümhuriyyət dönəmində Ermənistana güzəştə gedilməsi ilə bağlı arxiv sənəd var".

Bunu Qərbi azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı Dilqəm Əhməd "Report"a müsahibəsində deyib.

Onun sözlərinə görə, nə 1988-ci il, nə də 1948-1953-cü illər uzaq tarixdir:

"Hətta bu tarixlərlə bağlı xeyli kitablar da yazılıb. Verilən qərarlar, sənədlər istər Rusiya, istərsə də Azərbaycanın dövlət arxivlərində qalmaqdadır. İrəvan şəhərinin Cümhuriyyət dönəmində Ermənistana güzəştə gedilməsi ilə bağlı Azərbaycan Milli Şurasının rəsmi sənədi var. Həmçinin, Osmanlı arxivlərində məsələ ilə əlaqədar bir çox sənədlər mövcuddur".

"Eyni zamanda XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən əhalinin siyahı alınması zamanı açıq şəkildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılarının sayının kifayət qədər çox olduğunu görürük" - D.Əhməd vurğulayıb.

Dilqəm Əhmədin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

44 filmi