Demokratik İslahatlar Partiyasının xərci gəlirini üstələyib

Demokratik İslahatlar Partiyasının xərci gəlirini üstələyib Demokratik İslahatlar Partiyası (DİP) 2021-ci ili 3 min manat zərərlə başa vurub. Halbuki, Partiya 2020-ci ildən 2 min manat mənfəətlə çıxmışdı.
Daxili siyasət
10 Mart , 2022 15:05
Demokratik İslahatlar Partiyasının xərci gəlirini üstələyib

Demokratik İslahatlar Partiyasının (DİP) 2021-ci ildə xərci gəlirini 3 min manat üstələyib. Halbuki, Partiyanın 2020-ci ildə gəliri xərcindən 2 min manat çox olmuşdu.

“Report” bu barədə DİP-in Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il VHP-yə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 3,8% az – 206 min manat vəsait ayrılıb. Bununla belə, Partiyanın xərcləri 77,8% çox – 210 min manat təşkil edib.

Bu il yanvarın 1-nə DİP-in aktivləri, həm də balans kapitalı 4 min manat təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən təxminən 20% azdır. Partiyanın öhdəlikləri yoxdur.

Xatırladaq ki, DİP 2005-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun sədri Asim Mollazadədir.

Son xəbərlər

Orphus sistemi