Vətəndaş Həmrəyliyi Partiyası mənfəətdən zərərə keçib

Vətəndaş Həmrəyliyi Partiyası mənfəətdən zərərə keçib Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 2021-ci ili 21 min manat zərərlə başa vurub. Halbuki, Partiya 2020-ci ildən 23 min manat mənfəətlə çıxmışdı.
Daxili siyasət
5 Mart , 2022 17:56
Vətəndaş Həmrəyliyi Partiyası mənfəətdən zərərə keçib

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 2021-ci ili 21 min manat zərərlə başa vurub. Halbuki, Partiya 2020-ci ildən 23 min manat mənfəətlə çıxmışdı.

“Report” bu barədə VHP-nin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il VHP-yə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 2% az – 256 min manat vəsait ayrılıb. Bununla belə, Partiyanın xərcləri 16% çox – 277 min manat təşkil edib.

Bu il yanvarın 1-nə VHP-nin aktivləri 6 min manat təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 4 dəfə azdır. Hesabat dövründə Partiyanın öhdəlikləri təxminən 50% artaraq 4 min manata çatıb, balans kapitalı isə təxminən 10 dəfə azalaraq 2 min manata düşüb.

Xatırladaq ki, VHP 26 sentyabr 1992-ci ildə yaradılıb, 3 noyabr 1992-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun sədri Milli Məclisin üzvü, xalq şairi Sabir Rüstəmxanlıdır.

Son xəbərlər

Orphus sistemi