Prezident: "Cocuq Mərcanlıda Gövhərağa məscidinin bənzərini inşa etməyimiz rəmzi məna daşıyır"
Daxili siyasət
- 04 oktyabr, 2021
- 13:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhərağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır".
"Report" xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, o vaxt Cocuq Mərcanlıda 150 evdən ibarət mərhələli yollarla qəsəbə salındı, məktəb tikildi, tibb məntəqəsi: "Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı".
Son xəbərlər
12:29
Cənubi Koreya kəşfiyyatının rəhbəri vəzifəsinə ilk dəfə qadın təyin olunub
Digər ölkələr
12:28
İtaliya Azərbaycana dəmir yollarının inkişafı üçün texnologiyalar təklif edə bilər
İnfrastruktur
12:27
Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava
Ekologiya
12:24
Bakı 2030-cu ildə Ümumdünya Tekstil Konqresinə ev sahibliyi edəcək
Biznes
12:22
Matteo Zoppas: "Azərbaycanın İtaliyadan idxalını 560 milyon avroya çatdırmaq mümkündür"
Biznes
12:21
Foto
Zəngilanda 86 vətəndaş stomatoloji müayinədən keçirilib
Sağlamlıq
12:20
Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyununa çıxıb
Futbol
12:17
Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib
Hadisə
12:14
İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb
Biznes