Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir

Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir.
Daxili siyasət
20 Yanvar , 2025 12:40
Ceyhun Bayramov: Ermənistanla təmaslar davam edir, bu il də görüşlərin keçirilməsi gözlənilir

Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir.

Bu barədə “Report”un sualına cavabında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək.

C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil.

XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə danışıqlar hələ də davam edir.

Nazir qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır:

"Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ona görə də Araz çayı üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Yəni Zəngəzur dəhlizi məsələsi də gündəmdədir".

Son xəbərlər

Orphus sistemi