Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə Qayıdış" adlı kulinariya tədbiri keçirilib.
Daxili siyasət
30 Dekabr , 2024 11:22
Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə Qayıdış" adlı kulinariya tədbiri keçirilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar Azərbaycanın milli mətbəxinin şahı sayılan plov bişiriblər.

Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıb.

Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilmiş və komandalara müxtəlif nominasiyalarda simvolik hədiyyələr təqdim ediliv. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.

Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.

Son xəbərlər

Orphus sistemi