Bu gün Əli Həsənovun yubileyidir

Bu gün Əli Həsənovun yubileyidir Prezidentin köməkçisinin 55 yaşı tamam olur
Daxili siyasət
10 Mart , 2015 09:19
Bu gün Əli Həsənovun yubileyidir

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun yubileyidir. “Report”un məlumatına görə, Ə.Həsənovun 55 yaşı tamam olur.

Həsənov Əli Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant işləyib. 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Ə.Həsənov tarix elmləri doktoru, professordur.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 5 mart 2015-ci il tarixli “Xarici ölkə vətəndaşlarının Rusiya Federasiyasının dövlət mükafatı ilə təltif olunması” haqqında sərəncamına əsasən, bu ölkənin “Dostluq” ordeni ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi