“Ermənistan deyir ki, Qarabağ məsələsi onlar üçün ərazi yox, insan haqları məsələsidir. O zaman fikrimcə, 25 min erməni üçün Azərbaycan Konstitusiyasına dəyişlik etməyə ehtiyac yoxdur. Azərbaycanda xeyli sayda milli azlıqlar var, onların hüquqları təmin olunur”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda deyib.
“Azərbaycanda Azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərinin tədrisi də dövlət tərəfindən maliyyələşdirilir. Yəni bütün bu məsələlər milli azlıq çərçivəsində həll edilə bilər. Qarabağdakı ermənilərlə bağlı məsələ daxili məsələdir və beynəlxalq platformalarda müzakirə olunmayacaq” - F.Şəfiyev vurğulayıb