Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Daxili siyasət
  • 26 fevral, 2023
  • 17:22
Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Biləsuvar rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, bu münasibətlə rayonda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

Ziyarətdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ziyarətdə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.