Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 16 ailə 48 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 18 ailə 56 sakin, Sumqayıt şəhərindən 2 ailə 8 sakin, Abşeron rayonundan 2 ailə 6 sakin, Saatlı rayonundan 3 ailə 6 sakin olmaqla ümumilikdə 41 ailə 124 sakin növbəti köç karvanında yola salınıb.
Bugünədək Cəbrayıl şəhərinə 77 ailə 241 sakin köçürülərək, daimi məskunlaşmaları təmin edilib. İlk köç karvanı 36 ailə 117 sakin olmaqla sentyabrın 23-də yola salınıb.