Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Daxili siyasət
2 Dekabr , 2024 18:30
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 14 ailə 54 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 10 ailə - 34 nəfər, Şəmkir rayonundan 3 ailə - 10 nəfər, Abşeron rayonundan 2 ailə - 7 nəfər, Sumqayıt şəhərindən 4 ailə - 19 nəfər, Sabirabad rayonundan 1 ailə - 5 nəfər Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 237 ailə - 912 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Son xəbərlər

Orphus sistemi