Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib 

Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib  Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunub.
Daxili siyasət
20 Yanvar , 2021 14:20
Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib 

Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Belə ki, biləsuvarlılar rayonun Mərkəzi parkında yerləşən Şəhidlər xiyabanını ziyarət edir və şəhidlərin ruhuna dualar oxuyurlar.

Həmçinin 20 Yanvar faciəsinin biləsuvarlı qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbiristanlığındakı məzarı ziyarət edilir.

Ölkəmizin azadlığı uğrunda həlak olan biləsuvarlı şəhidlərimizin əziz xatirəsi yad edilir, onların məzarları önünə gül dəstələri qoyulur, ruhuna dualar oxunur.

Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Biləsuvar rayonundan iki nəfər - Baba XammədovƏlimərdan Hüseynov şəhid olub.

Son xəbərlər

Orphus sistemi