Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür

Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edir
Daxili siyasət
20 İyun , 2017 11:08
Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür
Report.az

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanın baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergi ödəyicilərinin nümayəndələri ilə görüşür.

“Report” xəbər verir ki, görüşün əsas mövzusu “Qeyri-formal məşğulluğun mövcudluğuna şərait yaradan obyektiv və subyektiv şərtlər və onun aradan qaldırılması üçün təkliflər” olub.

Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edir.

Baş nazirin müavini Əli Əhmədov çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatının son illərdəki sürətli inkişafı göz qabağındadır: “Son 12 ildə iqtisadiyyatı 250 faiz artırmaq böyük uğurdur. Azərbaycanda yoxsulluq həddi kifayət qədər aşağı salınıb. Ötən 10-12 il ərzində yoxsulluq həddi 50 faizdən 5 faizə endirilib, əmək haqları artırılıb. Çoxlu sayda məktəblər təmir edilib, yenisi inşa edilib, xəstəxanalar istifadəyə verilib”.

O qeyd edib ki, iqtisadi siyasətdə köklü dəyişikliklər nəzərdə tutulub: “İstinad etdiyimiz alət və vasitələr malik olduğumuz resurslar idi. Bu resurslardan da lazımi şəkildə istifadə edə bilirik. Malik olduğumuz sərvətlərdən daha çox yaratdığımız resurslardan istifadə edərək poensiallarımızı daha da artırmalıyıq”.

Ə.Əhmədov vurğulayıb ki, sahibkarlıq sahəsində hansısa neqativ məqamlar varsa, bu, müzakirələrlə həll edilib yoluna qoyulacaq: “Bu gün ölkədə böyük əmək resursları mövcuddur. Ölkə əhalisinin 4,6 milyonu iqtisadi fəallığı olanlardır. Əmək münasibətlərini tənzimləməyən insanlar dövlətə verməli olduqları vergini nizamlı qayadada ödəmirlər. Bu da gələcəkdə onların pensiya almalarına ciddi təsir göstərəcək”.

Son xəbərlər

Orphus sistemi