Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın Baş naziri
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın gündəliyinə iki məsələ -“Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasi”nın layihəsinin müzakirəsi” və “İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat” daxil edilib.
Qarşıdan gələn yeni ildə də ölkəmizdə sosial proqramların icrasının uğurla davam etdiriləcəyinə əminliyini bildirən Baş nazir müasir çağırışlara cavab verən layihələr üzərində işlərin daha da intensivləşdirilməsinin, xüsusən müzakirəyə çıxarılan kibertəhlükəsizlik strategiyasinın beynəlxalq standartlara uyğun hazırlanmasının vacibliyini vurğulayıb. Novruz Məmmədov deyib ki, müasir dünya üçün ciddi təhdid olan kibercinayətkarlığın artması,
Sonra gündəlikdə duran məsələlərə dair nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Hər iki məsələ ətrafında müzakirələrdə müdafiə naziri
Geniş fikir mübadiləsindən sonra qərara alınıb ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mövzu ilə bağlı məruzəsi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun.
İkinci məsələ üzrə isə qərara alınıb ki, maliyyə naziri Samir Şərifovun hesabat məruzəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası aidiyyəti təşkilatlarla birgə Hesabatdan irəli gələn məsələlərlə bağlı zəruri tapşırıqları özündə əks etdirən Azərbaycan Respublikası Nazirlər Kabineti Sərəncamının layihəsi hazırlansın.
İclasa yekun vuran Baş nazir Novruz Məmmədov tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib, qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb.