Bakı. 8 iyun. REPORT.AZ/ İyunun 13-də Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçısına məlumat verilib ki, Azərbaycan Evində birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri, idmançıların uğurları müzakirə ediləcək, qaliblərin şərəfinə bayramlar təşkil olunacaq. Müasir üslubda qurulan bu məkan əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılara, şəhərimizin qonaqlarına əyləncəli proqramlar təqdim ediləcək.
Azərbaycan Evində qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.