Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir Hazırda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır
Daxili siyasət
30 Sentyabr , 2015 13:33
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir. “Report” xəbər verir ki, bu məsələ Milli Məclisdə müzakirə olunan “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişikliklər layihəsində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, konsula Azərbaycan vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.

Dəyişikliklər “15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə irəli sürülüb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi