Azərbaycanın ən böyük monastırı, erməni saxtakarlığına məruz qalan Xudavəng - Kəlbəcərdən VİDEOREPORTAJ

Azərbaycanın ən böyük monastırı, erməni saxtakarlığına məruz qalan Xudavəng - Kəlbəcərdən VİDEOREPORTAJ Uzun müddət erməni işğalında qalan Kəlbəcər rayonundakı Xudavəng monastırı artıq Azərbaycanda yaşayan udinlərin ixtiyarına verilib.
Daxili siyasət
25 Noyabr , 2024 16:43
Azərbaycanın ən böyük monastırı, erməni saxtakarlığına məruz qalan Xudavəng - Kəlbəcərdən VİDEOREPORTAJ

Uzun müddət erməni işğalında qalan Kəlbəcər rayonundakı Xudavəng monastırı artıq Azərbaycanda yaşayan udinlərin ixtiyarına verilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Xudavəng monastırı da uzunmüddətli işğal dönəmində erməni saxtakarlığına məruz qalıb.

1993-2023-cü illərdə monastırdakı əsas simvolları “erməniləşdirən”, kompleksə yeni xaçlar quraşdıran və “qədim erməni dili”ndə yazılar həkk edən işğalçılar hər vəchlə dini məbədin onlara məxsus olduğunu göstərməyə çalışsalar da, bu saxtakarlığın ömrü uzun sürməyib.

İşğal dövründə ermənilər özlərinə xas vandallığa sadiq qalaraq monastır ərazisindəki albanlara (udinlərə) məxsus qəbirləri də dağıdaraq yox ediblər.

Lakin Kəlbəcər işğaldan azad olunduqdan sonra monastır əsl sahiblərinə qaytarılıb.

Qeyd edək ki, Xudavəng monastırı İsa Məsihin apostolu Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb və Azərbaycan ərazisindəki ən böyük monastır hesab olunur.

Son xəbərlər

Orphus sistemi