Azərbaycanda saxlanma yerində ölən qanunsuz miqrantlar dövlət hesabına dəfn edilə bilər

Azərbaycanda saxlanma yerində ölən qanunsuz miqrantlar dövlət hesabına dəfn edilə bilər Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün həvəsləndirmə tədbirləri həyata keçiriləcək.
Daxili siyasət
31 Oktyabr , 2024 14:00
Azərbaycanda saxlanma yerində ölən qanunsuz miqrantlar dövlət hesabına dəfn edilə bilər

Azərbaycanda saxlanma yerində ölən qanunsuz miqrantlar dövlət hesabına dəfn edilə bilər.

“Report” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliyə görə, mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxsin vəfatı zamanı atılacaq addımlar müəyyənləşir.

Belə ki, miqrantlar ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına məlumat verir. Şəxs vəfat edibsə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycandakı diplomatik konsulluq, yaxud nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara, aidiyyəti dövlət orqanlarına məlumat verilir.

Məcəlləyə əlavə edilən maddələrdə qeyd edilib ki, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil verilir.

Mərkəzdə saxlanılan şəxsin öldüyü vaxtdan yeddi gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək.

Eyni zamanda həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun meyitxanasında saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi