Azərbaycanda narkotik vasitələrin miqdarı təmiz və qarışıq vəziyyətdə ayrılıqda müəyyənləşdiriləcək

Azərbaycanda narkotik vasitələrin miqdarı təmiz və qarışıq vəziyyətdə ayrılıqda müəyyənləşdiriləcək Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Daxili siyasət
13 Dekabr , 2023 15:40
Azərbaycanda narkotik vasitələrin miqdarı təmiz və qarışıq vəziyyətdə ayrılıqda müəyyənləşdiriləcək

Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

"Report" xəbər verir ki, qanunun 21-ci maddəsi (Narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarı) yeni redaksiyada verilir.

Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdiriləcək.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunacaq.

Dəyişikliyə əsasən, narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdarıdır.

Dövlət başçısı, həmçinin “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanunu da təsdiqləyib.

Siyahı ilə PDF faylda tanış olmaq mümkündür: PDF yükləyin.

Eyni zamanda, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi Qanun da təsdiqlənib. Siyahı ilə PDF faylda tanış olmaq mümkündür: PDF yükləyin.

Eyni zamanda, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun da təsdiqlənib. Siyahı ilə PDF faylda tanış olmaq mümkündür: PDF yükləyin.

Son xəbərlər

Orphus sistemi