Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib - YENİLƏNİB-2
- 09 iyul, 2026
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Zəfər parkı və Zəfər abidəsini ziyarət olunub.
"Report"un məlumatına görə, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
"Report"un məlumatına görə, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə əklil və gül dəstələri qoyublar, xatirələrinə ehtiram nümayiş etdiriblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
"Report"un məlumatına görə, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.