Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir Müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdi
Daxili siyasət
26 Yanvar , 2024 09:28
Baş Prokurorluq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir

Müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi