Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn edilib - YENİLƏNİB Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn ediləcək.
Daxili siyasət
11 İyun , 2024 23:54
Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubadda dəfn edilib.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ilə bu gün Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölməsi faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

17:56

Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubad rayonunda dəfn ediləcək.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kəndində dəfn olunacaq.

Hazırda həlak olan əsgərimizin nəşi doğulduğu Gənzə kəndinə aparılır.

Son xəbərlər

Orphus sistemi