Azərbaycan-Gürcüstan əməkdaşlığı hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib - RƏY

Azərbaycan-Gürcüstan əməkdaşlığı hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib - RƏY Azərbaycan və Gürcüstan Cənubi Qafqazın əsas aparıcı ölkəsi kimi regionda təhlükəsizliyin əsas qarantı kimi nümunə göstərir. Uzun illərdir davam edən uğurlu əməkdaşlıq hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib.
Daxili siyasət
17 aprel 2025 16:26
Azərbaycan-Gürcüstan əməkdaşlığı hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib - RƏY

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Qafqazda təhlükəsizliyin əsas qarantı kimi nümunə göstərir, uzun illərdir davam edən uğurlu əməkdaşlıq hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Tbilisi də Bakı kimi region dövlətlərinin vahid mövqedən çıxış etməsinin vacibliyini anlayır:

"Bu ölkənin yeni seçilən prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsinin də bu mənada rəmzi mənası var. Yəni, Gürcüstan Ermənistandan fərqli olaraq rifahı regionda axtarır və dağıdıcı ünsürlərin çətiri altına keçmək istəmir".

Könül Nurullayeva
Könül Nurullayeva

Deputat xatırladıb ki, ötən il Gürcüstanın baş naziri də ilk xarici səfərini Azərbaycana etmişdi.

"Təbii ki, bu səfərlər ikitərəfli münasibətlərin xüsusi xarakterini göstərir. Prezidentlərin Bakıda apardığı müzakirələrdə də bir daha vurğulandı ki, Gürcüstan qlobal gərginliklər fonunda hər bir çağırışla bağlı Azərbaycanla birlikdə çalışmağa hazırdır", - o deyib.

K.Nurullayeva vurğulayıb ki, Azərbaycan və Gürcüstan strateji və milli maraqlar, ərazi bütövlüyü və suverenliklə bağlı mövqeyə sadiqdirlər:

"Bakıda səslənən bəyanatlar göstərdi ki, Azərbaycan Gürcüstan üçün etibarlı tərəfdaş və qardaş ölkədir".

Son xəbərlər

Orphus sistemi