Azad olunmuş ərazilərdə ümumilikdə 1 milyon hektardan çox sahədə çöl ölçmə işləri yekunlaşıb

Azad olunmuş ərazilərdə ümumilikdə 1 milyon hektardan çox sahədə çöl ölçmə işləri yekunlaşıb İşğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işləri çərçivəsində 2022-2024-cü illər ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı və Ağdərə rayonlarında ümumilikdə 1 001 779,10 hektar ərazidə
Daxili siyasət
19 İyul , 2024 15:16
Azad olunmuş ərazilərdə ümumilikdə 1 milyon hektardan çox sahədə çöl ölçmə işləri yekunlaşıb

İşğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işləri çərçivəsində 2022-2024-cü illər ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı və Ağdərə rayonlarında ümumilikdə 1 001 779,10 hektar ərazidə yerquruluşu üzrə çöl ölçmə işləri yekunlaşıb.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.

O qeyd edib ki, hazırda Xocavənd və Ağdərə rayonlarında çöl ölçmə işləri davam etdirilir:

"Bu günə kimi 764421,25 hektar (Zəngilan rayonu üzrə 70860.27 ha, Qubadlı rayonu üzrə 79875.7 ha, Kəlbəcər rayonu üzrə 195406.3 ha, Cəbrayıl rayonu üzrə 104936,53 ha, Laçın rayonu üzrə 183107,44, Ağdam rayonu üzrə 73281.35 ha və Füzuli rayonu üzrə 56953.66) ərazinin elektron kadastr uçot məlumatları Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sistemi (TEKUIS)ə miqrasiya edilərək bu rayonlar üzrə yerquruluşu işləri başa çatdırılıb. Hazırda kameral şəraitdə emal işləri yekunlaşmış Xocalı rayonu üzrə kadastr məlumatları TEKUIS-ə miqrasiya edilməsi üçün hazırlanır".

Son xəbərlər

Orphus sistemi