AİHM-nin hakimi: Azərbaycanda insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir
- 01 may, 2025
- 12:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Konstitusiya dövlətin siyasi-hüquqi portretidir.
"Report” xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Konstitusiya ali qanun kimi xarakterizə edilməlidir:
"Beynəlxalq birliyə qoşulan dövlət üçün Konstitusiya həm bəyannamə, həm də beynəlxalq aləmə göndərilən mesajlardır. Hakimiyyət Azərbaycanda dövlətə və xalqa məxsusdur.
Müstəqil Azərbaycanda Konstitusiyanın qəbul edilməsi Sovet rejiminin qalıqlarının tam aradan qaldırılması demək idi. Azərbaycan 1995-ci ildə beynəlxalq birliyə öz Konsititusiyasına malik ölkə olduğunu və bütün dövlətlərlə əməkdaşlıq etmək hazırlığını nümayiş etdirdi. Azərbaycanda insan hüquqları beynəlxalq müqavilələr əsasında təsbit edilir".
L.Hüseynov Konstitusiyada Azərbaycanın hüquqi və demokratik dövlət olmasına dair müddəaların dəyişdirilməsinin mümkünsüzlüyünü də vurğulayıb.