Ağstafada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Ağstafada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib Ağstafa rayonunda Xocalı qətliamının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Daxili siyasət
25 Fevral , 2023 19:23
Ağstafada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Ağstafa rayonunda Xocalı qətliamının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, Ağstafa rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Abidə Kompleksi ziyarət olunub.

Kompleksin önünə əklil qoyulub, güllər düzülüb.

Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Son xəbərlər

Orphus sistemi