Ağdərənin Həsənriz kəndində istirahət parkı istifadəyə verilib

Ağdərənin Həsənriz kəndində istirahət parkı istifadəyə verilib Ağdərə rayonunun Həsənriz kəndində istirahət parkı istifadəyə verilib.
Daxili siyasət
3 aprel 2025 10:51
Ağdərənin Həsənriz kəndində istirahət parkı istifadəyə verilib

Ağdərə rayonunun Həsənriz kəndində istirahət parkı istifadəyə verilib.

Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb. Parkda müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, ağaclar budanıb, yeni qazon örtüyü döşənib. Yaşıllıq sahələrinə qulluq göstərmək üçün suvarma xətti də çəkilib.

Eyni zamanda parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub, 10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün oyun əyləncə qurğuları montaj olunub. 

Qeyd edək ki, Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə yaşayış məntəqəsinə 50 ailə köç edib. Kəndə köç üçün 360 nəfər siyahıya alınıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Orphus sistemi