Ağdamda Zəfər Forumu keçirilib - YENİLƏNİB

Ağdamda Zəfər Forumu keçirilib - YENİLƏNİB Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayonunda Zəfər Forumu keçirilir.
Daxili siyasət
27 Oktyabr , 2022 16:47
Ağdamda Zəfər Forumu keçirilib - YENİLƏNİB

Biləsuvardan start götürən Zəfər Forumunun növbəti ünvanı Ağdam rayonu olub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil edilib.

Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.

Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov etimad göstərilərək növbəti Zəfər Forumunun bu rayonda keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib və Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da şəhid ailələrinə, müharibə iştirakçılarına və xalqımıza böyük Qələbənin sevincini yaşadan döyüşçülərimizə diqqət və qayğının artırılmasında, rəşadətli Ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini əsgirəməyəcəklərini bildirib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən, rəşadətli Ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin Qələbəsini təmin etdiyini xüsusilə nəzərə çatdırıb. Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamlarının mühüm əhəmiyyəti barədə danışıb.

Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dövlət başçısına dərin ehtiram ifadə olunub.

Tədbir çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi də həyata keçirilib. 

“Əsgərə məktub” layihəsi çərçivəsində rayon sakinləri Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar. Düşmən təxribatlarının qarşısını qətiyyətlə aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini sevindirəcəkləri günü arzulayıblar.

Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.

Qeyd edək ki, növbəti forumlar İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

14.44

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayonunda Zəfər Forumu keçirilir.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil olunub.

Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi