Ağalı kəndində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti brifinq təşkil edib.
"Report"un Zəngilana ezam olunan əməkdaşının verdiyi məlumata görə, brifinq Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yaranmasının iki yaşı münasibətilə Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Ağalı” hotelində keçirilir.
Tədbirdə çıxış edən Xidmətin İcraçı Direktoru Növrəs Cəfərov media nümayəndələrinə ötən iki illik dövrdə Xidmətin “Böyük Qayıdış” Dövlət Proqramına müvafiq olaraq, sözügedən rayonlarda aparılan bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin dayanıqlı yaşayışını təmin edəcək yaşayış məskənlərində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini, eləcə də qeyri-yaşayış təyinatlı tikililərin inşası, həmçinin gələcəkdə görülən işlərlə bağlı məlumat verir.