Afaq Məlikova “Şərəf” ordeni ilə təltif olunub

Daxili siyasət
  • 16 may, 2017
  • 14:25
Afaq Məlikova “Şərəf” ordeni ilə təltif olunub

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev A.S. Məlikovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Afaq Süleyman qızı Məlikova “Şərəf” ordeni ilə təltif edilib.