Yuxarı
    Bağlamaq

    Sebastyan Kurts: "Bu il xüsusi problemlər, o cümlədən Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə xarakterizə olunur"

    Münaqişələri hərbi yolla həll etmək mümkün deyil

    Bakı. 8 dekabr. REPORT.AZ/ "Bu il ATƏT məkanında xüsusi problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə xarakterizə olunur".

    "Report" xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

    Onun sözlərinə görə, bu münaqişələri hərbi yolla həll etmək mümkün deyil, ATƏT isə onların həllində mühüm rol oynayır.

    XİN başçısı, həmçinin Suriyadakı və İraqdakı münaqişələrlə bağlı risklərdən də danışıb. Onun sözlərinə görə, orada vuruşan silahlılar sonradan Avropaya qayıdır və bu, ATƏT-ə üzv ölkələrin təhlükəsizliyi üçün problemlər yaradır.

    S.Kurts təşkilat üzvləri arasında etimadı gücləndirməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi