Yuxarı
    Bağlamaq

    Nazir: “Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməlidir”

    Elmar Məmmədyarov Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin başçısı Marek Kuçinski ilə görüşüb.

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seymin başçısı Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət verdiyini və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

    Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və Polşanın bütün prezidentləri Bakıda olub.

    Seymin başçısı Marek Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd edib.

    Nazir Elmar Məmmədyarov Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb.

    Nazir Seymin başçısına Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verdi və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şursının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi