Yuxarı
    Bağlamaq

    Millət vəkili: “Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”

    “Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşlara viza verək”

    Bakı. 1 fevral. REPORT.AZ/ “Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməlidir”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

    O xatırladıb ki, Azərbaycan tərəfi beynəlxalq aləmə Dağlıq Qarabağa qanunsuz səfər etməyin yolverilməz olduğunu bəyan edib.

    “Erməni tərəfi bundan çox narahatdır. Azərbaycan isə bu məsələni Xarici İşlər Nazirliyində olan “Qara siyahı” ilə tənzimləyir. Açıq deyim ki, bu məsələdə hüquqi mexanizmlər məhduddur. Çünki biz Gürcüstanda olduğu kimi işğal olunmuş yerlərlə bağlı qanun qəbul etməmişik. Biz çalışmalıyıq ki, Dağlıq Qarabağa getmək istəyən xarici vətəndaşalara viza verək. Doğrudur, bu, müəyyən çətinliklər yaradacaq. Biz özümüz Dağlıq Qarabağa səfərlər təşkil etməliyik”, - deyə, deputat vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi