Paris. 27 sentyabr. REPORT.AZ/ Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan “dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.
Bu barədə “Report”un Qərbi Avropa bürosunun sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır, Fransa nə “Dağlıq Qarabağ respublikası”nı, nə də Fransa şəhəri Alfortville ilə imzalanan Dostluq Xartiyasını tanımır”, - XİN-dən əlavə olunub.
Xatırladaq ki, bu il sentyabrın 25-də ermənilərin çoxluq təşkil etdikləri Alfortvil (Alfortville) ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında “dostluq xartiyası” imzalanıb.