Yuxarı
    Bağlamaq

    Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada dəfn olunub - YENİLƏNİB

    Şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında torpağa tapşırılıb

    Neftçala. 20 yanvar. REPORT.AZ/ Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov torpağa tapşırılıb.

    “Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn olunub.

    Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları və xidmət etdiyi hərbi hissənin zabitləri iştirak ediblər.

    *** 11:17

    Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov bu gün dəfn olunacaq.

    “Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.

    Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin, şəhidin hərbçi yoldaşlarının və xidmət etdiyi hərbi hissəsinin zabitlərinin iştirakı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi