Xocalı şəhidləri Yalova Universitetində anıldı

Xocalı şəhidləri Yalova Universitetində anıldı Türkiyənin Yalova şəhərində təhsil alan azərbaycanlı tələbələr Yalova Universitetində Xocalı faciəsi şəhidlərini anıblar.
Qarabağ
26 Fevral , 2020 05:48
Xocalı şəhidləri Yalova Universitetində anıldı

Türkiyənin Yalova şəhərində təhsil alan azərbaycanlı tələbələr Yalova Universitetində Xocalı faciəsi şəhidlərini anıblar.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Yalova valisi Muammer Erol, Yalova Bələdiyyə başçısı Vəfa Salman, univeristetin rektoru Suat Cəbəci, müəllim və tələbələr, Çiftlikköy vilayətinin bələdiyyə başçısı Ali Murat, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra faciənin görüntülərinin əks olunduğu film nümayiş etdirilib. Araşdırmaçı, yazıçı Turşat Ata Türkmən və yazıçı Emrə Ataş Xocalı faciəsinin baş verdiyi günü tarixi faktlarla təqdim edib.

Tədbirdə Xocalı faciəsindən bəhs edən şeirlər səsləndirilib. Faciəni əks etdirən fotoların nümayiş olunduğu sərgi açılıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi