Rusiyada yaşayan azərbaycanlılar orduya qatılmaq üçün səfirliyə müraciət ediblər

Rusiyada yaşayan azərbaycanlılar orduya qatılmaq üçün səfirliyə müraciət ediblər Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.
Dağlıq Qarabağ münaqişəsi
1073
17 İyul , 2020 20:26
Rusiyada yaşayan azərbaycanlılar orduya qatılmaq üçün səfirliyə müraciət ediblər

Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın Ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.

Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmyerlilərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş Komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Orphus sistemi