Rusiya XİN: Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır

Rusiya XİN: Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır “Razılaşmaların qeyd-şərtsiz icrasını təmin etmək vacibdir"
Qarabağ
November 19, 2020 09:57
Rusiya XİN: Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır
Mariya Zaxarova

“Rusiyalı sülhməramlıların yerləşdirilməsi davam edir, erməni hərbçilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması prosesi baş verir”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Bu mərhələdə insani məsələlər prioritet həll yollarını tələb edir”, - o bildirib.

XİN sözçüsü qeyd edib ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim əlaqə qurur, münaqişədən sonrakı nizamlama ilə bağlı işləri koordinasiya edir: “Razılaşmaların qeyd-şərtsiz icrasını təmin etmək vacibdir. Məmnuniyyətlə qeyd edirik ki, Rusiyanın vasitəçilik səyləri bu gün davamlı atəşkəsin əldə edilməsinə, eləcə də dinc həyata qayıtmaq istiqamətində mühüm addımlar atılmasına imkan yaradıb”.

Orphus sistemi