Rusiya prezidenti Vladimir Putin bildirib ki, oktyabrdakı danışıqların gedişatında Azərbaycan Prezidenti İlham Əliyevi Şuşa şəhərinə qaçqınların qayıdışı şərti ilə Dağlıq Qarabağda döyüş əməliyyatlarını qurtarmağa əmin edib, ancaq Ermənistanın baş naziri Nikol Paşinyan buna qarşı çıxıb.
"Report" xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalının efirində Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiyanın dövlət başçısı vurğulayıb ki, o, 19-20 oktyabrda Qarabağda vəziyyətlə bağlı İlham Əliyevlə və Nikol Paşinyanla telefon danışıqları aparıb. "Həmin vaxt Azərbaycanın silahlı qüvvələri Qarabağın cənub hissəsi üzərində nəzarəti geri qaytardı. Bütovlükdə mən onda Azərbaycan Prezidentini inandırdım ki, döyüş əməliyyatlarını qurtarmaq olar, amma onun tərəfindən qaçqınların o cümlədən Şuşaya qayıdışı məcburi şərt kimi irəli sürüldü".
Rusiya rəhbəri bildirib ki, Ermənistan tərəfi gözlənilmədən bunun qəbuledilməz olduğunu bildirib.