Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib

Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan məhv edilib.
Qarabağ
23 Oktyabr , 2020 11:12
Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib
0 : 00
0 : 00

Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan məhv edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun qızı Ermine Matevosyan bildirib.

Bildirilib ki, o, 1995-1999-cu illərdə deputat olub. D. Matevosyan 1991-1995-ci illərdə Ermənistanın Meğri rayonunun Daxili İşlər İdarəsinin rəisi işləyib. David Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarından, birinci Qarabağ müharibəsinin iştikaçı olub. Matevosyan 2008-ci ildə o vaxtkı prezidentliyə namizəd Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz aksiyasına qatılıb. 3 il müddətinə azadlıqdan məhrum olunub.

David Matevosyan
David Matevosyan

Son xəbərlər

Orphus sistemi