Dağlıq Qarabağda humanitar səylər siyasi tənzimləmədə nəticəyə kömək edəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bütün humanitar səylərimiz və ixtisaslaşmış beynəlxalq strukturların fəal iştirak gələcəkdə siyasi həllə, Dağlıq Qarabağ probleminin etibarlı uzunmüddətli siyasi həllinə kömək edəcəkdir”, - dövlət başçısı deyib.