Metyu Brayza: "Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır"

Metyu Brayza: "Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır" "Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etməyə tam haqqı var".
Qarabağ
5 Oktyabr , 2020 13:12
Metyu Brayza: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır
Metyu Brayza
0 : 00
0 : 00

"Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etməyə tam haqqı var".

"Report" xəbər verir ki, bunu "Region Plus" jurnalına müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

"BMT Təhlükəsizlik Şurasının 1993- ildə qəbul etdiyi dörd qətnamə var. Orada Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını dərhal tərk etməyə çağırılır döyüş əməliyyatlarının dayandırılmasına çağırış edilir. 1994- ildə döyüş hərəkətləri doğrudan da dayandırılıb, lakin Ermənistan hələ buradan getməyib. BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq hüququn ən ali təzahürüdür. Buna görə bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır Azərbaycanın özünün işğal altında olan torpaqlarını qaytarmağa tam haqqı çatır", - M.Brayza bildirib.

Onun sözlərinə görə, buna əmin olmaq üçün ABŞ-ın siyasətinə hətta Nümayəndələr Palatasının son qətnaməsinə nəzər salmaq kifayətdir. Baxmayaraq ki, həmin qətnaməni erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan konqresmenlər irəli sürüb.

"Bu qətnamədə Azərbaycan aqressivlikdə ittiham olunur, lakin beynəlxalq hüququn pozulması ya qanunazidd hərəkətlərdə günahlandırılmır. Məncə, bunun özü hər şeyi deyir", - o bildirib.

Qeyd edək ki, hazırda Metyu Brayza ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisidir.

Son xəbərlər

Orphus sistemi