Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı
Qarabağ
- 13 iyul, 2020
- 15:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.
“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı bölgədə sülh və təhlükəsizliyin önəmli olduğunu bildirib.
S.Zurabişvili qeyd edib ki, bu gün gözəgörünməz düşmənlə birgə mübarizə aparılan bir dövrdə beynəlxalq həmrəylik və qlobal sabitliyin saxlanılması böyük əhəmiyyətə malikdir: “Bölgəmizdə sülh və sabitlik həm Gürcüstan, həm də dost və tərəfdaş ölkələr - Azərbaycan və Ermənistanın gələcək inişafı və tərəqqisi üçün önəmlidir”.
Prezident ümidvar olduğunu bildirib ki, lazımi addımlar zamanında atılacaq və sülh danışıqları yolu ilə vəziyyətin gələcək eskalasiyasına yol verilməyəcək.
Son xəbərlər
21:48
Bart Ovri: Aİ Azərbaycanla münasibətləri geosiyasi çərçivədən kənarda inkişaf etdirməlidir
Xarici siyasət
21:47
"Fənərbağça" baş məşqçisi İsmayıl Kartalla yollarını ayırdığını açıqlayıb
Futbol
21:43
Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
Xarici siyasət
21:36
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
Region
21:26
"Barselona" Xulian Alvareslə danışıqlara görə cərimələnib
Futbol
21:24
Rusiya Britaniyanın müdafiə şirkətlərinin rəhbərlərinə sanksiyalar tətbiq edib
Digər ölkələr
21:20
Putin və Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Region
21:06
Agentlik "WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib
İKT
21:02
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Region