Ermənistanın Azərbaycanla sərhəddə yaralanmış hərbçisi ölüb

Ermənistanın Azərbaycanla sərhəddə yaralanmış hərbçisi ölüb məlumat "Novosti Armeniya"yayıb.
Dağlıq Qarabağ münaqişəsi
2100
23 İyul , 2020 15:41
Ermənistanın Azərbaycanla sərhəddə yaralanmış hərbçisi ölüb

Azərbaycanla dövlət sərhədində yaralanmış Ermənistan ordusunun əsgəri Artur Baqratoviç Muradyan iyulun 23-də ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2001-ci ildə anadan olmuş əsgər iyulun 14-də Azərbaycan-Ermənistan sərhədində yaralanıb. Onu ağır vəziyyətdə Müdafiə Nazirliyinin hospitalına yerləşdiriblər. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi iyulun 12-də Azərbaycanla sərhəddə törətdikləri hərbi təxribat nəticəsində itki və yaralılarının sayını gizlədir. Onları hadisələrdən sonra bir-bir açıqlayır. Ermənistan tərəfinin açıqlamalarına əsasən, 40-a yaxın hərbçi yaralanıb, 6-sı ölüb

Son xəbərlər

Orphus sistemi