Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı

Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı Cəbhədə şiddətli döyüşlər davam edir.
Qarabağ
5 Oktyabr , 2020 08:16
Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı
0 : 00
0 : 00

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə iki nəfər yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir.

Son xəbərlər

Orphus sistemi