Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqların yanvarda davam etdirilməsi razılaşdırılıb"

    Bakı. 6 dekabr. REPORT.AZ/ AzərbaycanErmənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

    “Report” xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.

    Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

    "Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi